Tullantıları atmosfer havasının çirklənmə mənbəyi olan hüquqi və fiziki şəsxlər belə tullantıların saxlanılması yaxud basdırılması üçün onların xüsusi yerlərə, habelə onları xammal kimi istifadə edən təsərrüfat və digər fəaliyyət obyektlərinə daşınmasını təmin etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.

Atmosfer havasını çirkləndirən tullantılar üçün saxlanma, basdırılma və məhv edilmə yerləri müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə razılaşdırılır.