Boşaldılma-doldurma işləri əl üsulu ilə həyata keçirildikdə malın düzülmə hündürlüyü 1,5 m-dən çox olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “  Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Malın böyük tarada (yeşik, torba, 20 kq və daha çox ağırlıqda olan bağlama) saxlanılması zamanı onun daşınması üçün boşaldılmanın mexaniki vasitələri tətbiq olunmalıdır.  Dərman vasitələrini zədələrdən (tökülmə, səpilmə, sınma) qorumaq, dərman vasitələrinin çarpaz kontaminasiyasının qarşısını almaq məqsədi ilə dərman vasitələrinin topdansatış müəssisələri tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.