Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın qaydalarını müəyyən etmək, Azərbaycan Respublikasının ərazisində atmosfer havasının mühafizəsi sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və həyata keçirmək, atmosfer havasının mühafizəsi sahəsində müstəqil dövlət proqramlarını hazırlamaq və həyata keçirmək və atmosfer havasının çirklənməsi və atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarının yerinə yetirilməsi barədə əhalinin məlumatlandırılmasını təşkil etmək atmosfer havasının mühafizəsi sahəsində dövlətin vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.