Avadanlıq və proseslər əhəmiyyətli dəyişikliklərdən sonra (məsələn təmirdən sonra) istifadədən öncə müvafiq qaydada iş üçün yararlı vəziyyətdə olması yoxlanılıb təsdiqlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “ Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Yoxlanılıb təsdiqlənməsi haqqında hesabat hazırlanmalı və orada dəyişikliklər qeyd edilməlidir. Dərman vasitələri saxlanılan anbar otaqlarının divarında qızdırıcı cihazlardan 1,5 metr və qapılardan ən azı 3 metr aralıda, ən azı üzbəüz 2 yerdə yerləşməklə, termometrlər və hiqrometrlər quraşdırılır. Bu cihazların göstəriciləri məsul şəxs tərəfindən xüsusi jurnalda hər gün qeyd edilməlidir.