Ayrıca dayanan energetik və ya havalandırma qurğularının yarımqapalı həyətdə yerləşdirilməsinə yol verilir, bu zaman bu qurğulardan binalara qədər məsafə yarımqapalı həyətlərin qurulmasına göstərilən tələblərə cavab verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Böyük dinamik yüklərin və qruntun rəqslərinə səbəb olan avadanlıqla təchiz olunan bina və qurğular, titrəməyə xüsusi həssas istehsalat bina və qurğularından ərazinin mühəndis geoloji şəraiti, bünövrənin əsasının fiziki-mexaniki xassələrini, həmçinin qrunta dinamik yüklərin və vibrasiyanın təsirini aradan qaldıran tədbirlərin hesablanması ilə təyin olunan məsafələrdə yerləşdirilməlidir.