Obyektlər üçün, o cümlədən sənaye parklarında və sanaye klasterlərində yerləşdirilən, ərazinin mümkün kiçik sahəsindən istifadəsini və bina və qurğuların yerləşməsi ilə əlaqələndirilməsini təmin edən texniki dəhlizlərdə mühəndis kommunikasiyasıların yerləşdirilməsinin vahid sistemi layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Obyektlərin ərazilərində, o cümlədən sənaye parklarında, sənaye klasterlərində mühəndis kommunikasiyalarının yeraltı, yerüstü və yer səthindən yuxarı çəkilmə variantları nəzərdə tutulmalıdır.