İşçi xidmət (qulluq) etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.
İşçi xidməti (qulluq) vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq fövqəladə hallar orqanlarına xidmətə (qulluğa) qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə fövqəladə hallar orqanının rəhbərinə məlumat verməyə borcludur.