Kanal və ya tunellərdə yerləşən boru kəmərləri və elektrik kabelləri və dəmir yolları arasındakı şaquli xətt üzrə məsafə, kanalın örtüyünün üst səviyyəsindən dəmir yolunun relsinin oturacağına qədər 1 m, küvetin və ya digər suaxıdan qurğuların dibinə və ya dəmir yolunun torpaq yatağının tökməsinin əsasına qədər 0,5 m qəbul olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Boru kəmərləri ilə gərginliyi 35 kV-a qədər güc kabelləri və rabitə kabelləri arasında məsafə 0,5 m olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

110-220 kV gərginlikli güc kabelləri ilə boru kəmərləri arasında məsafə 1 m-dən az olmamalıdır. “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələbləri nəzərə alınmaqla müəssisənin yenidən qurulmasında bütün növ gərginlikli kabelləri və boru kəmərləri arasında məsafənin 0,25 m-ə qədər azaldılmasına yol verilir. Müxtəlif təyinatlı boru kəmərləri (su kəmərləri ilə kəsişən kanalizasiya və zəhərli və pis qoxulu mayeləri nəql edən boru kəmərləri istisna olmaqla) arasında məsafə 0,2 m-dən az olmamalıdır.