İstehsalat obyektlərinin giriş məntəqələri bir-birindən 1,5 km-dən çox olmayan məsafədə yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Giriş məntəqələrindən istehsalat zonasının əsas sexlərin sanitar-məişət yerləşgələrinin girişinə qədər məsafə 400 m-dən 800 m-ə qədər olmalıdır. Bu məsafələri artırdıqda daxili sərnişin nəqliyyatı nəzərdə tutulmalıdır.