Daxili dəmir yolunun oxundan (maye çuqun, şlak və qaynar ərintiləri daşınan yollar istisna olmaqla) bina və qurğulara qədər məsafə cədvəl 5.3-də göstərilənlərdən az olmayaraq qəbul olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

 

Cədvəl 5.3
Bina və qurğularMəsafə, m-lə,
rels izi 1520 (1524) mm

olduqda

rels izi 750 mm

olduqda

1. Divarın və ya binanın çıxıntı hissəsinin (pilyastrların, kontrforsların, tamburların, pilləkənlərin və s.) xarici kənarı:

a)   binadan çıxışlar olmadıqda

b)   binadan çıxışlar olduqda

c)    binadan çıxışlar olduqda və binadan çıxışlarla binanın divarlarına paralel dəmir yolları arasında mühafizə baryerləri qurulduqda (uzunluğu 10 m-dən az olmayan)

 

 

3,1

6

 

 

4,1

 

 

2,3

5

 

 

3,5

2.    Ayrıca dayanan sütunlar, istehsalat binalarının darvaza boşluqlarının dirəkləri, həmçinin binanın çıxıntı hissələrinin (pilyastr, kontrfors, tambur, pilləkən və s.) yolboyu onların uzunluğu 1000 mm-dən çox olmadıqda; stansiya yollarında (əsas və qəbul-yolasalma stansiya yollarından başqa) yerləşən qəbuledici və yükləmə-boşaldılma qurğuları, texniki xidmət üzrə qurğular, hərəkət tərkibinin təchizatı və təmiri, həmçinin işsiz vəziyyətdə olan digər texnoloji qurğulardəmir yollarına yaxınlaşma əndazələrinə üzrə:
 DÜİST

9238

 DÜİST

9720

3.    Həcmi 10000 m3-ə qədər olan dairəvi şalban anbarları54,5
4.    Həcmi 5000 m3-ə qədər olan taxtaşalban, jonqar və taxta kəpəyi anbarları109,5
5.    Həcmi 2000 m3-ə qədər olan tezalovlanan maye anbarları2019,5
6.    Həcmi 10000 m3-ə qədər olan maye yanacaq anbarları109,5
7.    Həcmi 100000 t-a qədər olan daş kömür anbarları54,5
8.    Həcmi 10000 t-a qədər olan frezer torf anbarları109,5
9.    Həcmi 10000 t-a qədər olan parçalı (kəsilmiş) torf anbarları109,5
Qeyd:

1. 3-9 bəndlərində göstərilən məsafələr cədvəl 5.1-nin 5-ci qeydi nəzərə alınmaqla təyin olunmalıdr.

2. Mühafizə tələb olunan müəssisə və ərazilərin xarici çəpərlənməsi dəmir yolu oxundan 5 m -dən az olmayan məsafədə yerləşdirilməlidir.

3. Həcmi 10000 m3-dən çox olan anbarlarda dairəvi şalban yığımlarına dəmir yolunun yaxınlaşması meşə materialları anbarlarının layihələndirmə normalarına uyğun qəbul olunmalıdır.

4. Dəmir yollarının avtomobil yolları və binanın divarları arasında yerləşdirilməsinə (hansı ki, həmin binalardan avtomobil yoluna avtonəqliyyat vasitələrinin gedişi nəzərdə tutulur) yalnız texnoloji tələblər üzrə yol verilir. Bu halda binanın divarından dəmir yolunun oxuna qədər məsafə 6 m-dən az olmamalıdır.