İstehsalat obyektinin torpaq sahəsinin tərəfi 1000 m-dən çox olduqda və bu tərəf küçə və ya avtomobil yolu boyu yerləşdikdə torpaq sahəsinə ikidən az olmayan giriş nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Girişlər arasında məsafə 1500 m-dən çox olmamalıdır. Bina və qurğulara onların bütün uzunluğu boyu yanğınsöndürən maşınlar üçün giriş yolu təmin olunmalıdır:
– binanın eni 18 m-ə qədər olduqda bir tərəfdən;
– binanın eni 18 m-dən çox olduqda, həmçinin həyətlər qapalı və yarımqapalı qurulduqda iki tərəfdən.