İstehsal obyektləri ilə yaşayış zonası arasında sanitariya-mühafizə zonalarının layihələndirilməsinə tələblər AzDTN 2.6-1 və SN 245 ilə tənzimlənir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Sanitariya-mühafizə zonasının eni 500 m və daha çox olan sənaye parklarının və ərazi sənaye klasterlərinin tərkibinə, yaşayış zonasının sərhədi yaxınlığında və ya hüdudlarında yerləşdirilə bilən istehsalat obyektləri daxil edilməməlidir. “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a uyğun olaraq sanitariya-mühafizə zonaları müxtəlif olan sənaye müəssisələrinin (xüsusilə qida və yüngül sənaye) eyni ərazidə yerləşdirilməsinə yol verilmir.