Keşlə bazarının sökülməsi ilə bərabər bazarətrafı yaşayış yerlərinin də sökülməsi planlaşdırılır.

Həftəlik.az “Xəzər TV” yə istinadən xəbər verir ki, Nərimanov rayonu, Keşlə bazarının arxasında yerləşən İslam Abışov küçəsində olan obyekt və yaşayış evlərinin sökülməsi nəzərdə tutulub.

Hətta burada yaşayan sakinlərdən alınan məlumata görə, artıq bu barədə onların bəzilərinə məlumat verilib və söküntü işləri üçün bəzi evlərin ölçüsü belə alınıb. Sakinlərin bildirdiyinə görə, bu söküntü işləri ərazidə alternativ yol çəkilməsilə əlaqədar olaraq aparılır.

Nərimanov rayon icra hakimiyyətindən bildirilib ki, bu layihənin rəhbəri Avtomobil Yolları Dövlət Agentliyidir. Agentlikdən isə məlumat verilib ki, söküntü işlərinin planlaşdırılması aparılır, ayrılacaq kompensasiya müvafiq qurum tərəfindən təyin olunub, söküntü işlərindən əvvəl sakinlərə təqdim olunacaq.

Müəllif: Türkan_zadə