Təhlükəli istehsalat obyektləri “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Sənaye park və klasterləri obyektlərinin kompleks təhlükəsizlik sistemində nəzərə alınmalıdır:

– təhlükəsizliklərinə təsir edən texnoloji xüsusiyyətlərin nəzərə alınması ilə yerləşdirilən istehsalat və digər obyektlərin funksional təyinatı;

– sənaye park və klasterlərinin ərazilərində təhlükəli təbii proseslərin, hadisələrin və texnogen təsirlərin mümkün səviyyəsi;

– təhlükəli istehsalat obyektlərinə aid olması;

– yanğın və partlayış-yanğın təhlükəliliyi.