İstehsalat obyektlərinin, o cümlədən sənaye parklarında və sənaye klasterlərində yerləşən obyektlərin torpaq sahələrinin planlaşdırması, obyektlərdə istehsalat prosesini və əmək fəaliyyəti üçün daha əlverişli şəraiti, ərazinin, enerji resurslarının səmərəli və qənaətli istifadəsini, mülki müdafiəni və ekoloji təhlükəsizliyi təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Torpaq sahələrinin tikinti sıxlığı əmsalları “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ının tələbləri nəzərə alınmaqla təyin olunur və istehsalat obyektlərinin torpaq sahələrinin tikinti əmsalının hesablanma qaydası bu Normaların əlavə 1-də verilmişdir.