Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

Heftelik.az-ın  Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yanğın zamanı həmçinin 51 nəfər də xəsarət alıb.

Qeyd edək ki, Kartalkaya xizək mərkəzində 238 nəfərin qaldığı Grand Kartal oteldə saat 03.30 radələrində yanğın baş verib.

12 mərtəbəli oteldə baş verən yanğın zamanı bəzi müştərilər təşviş içində özünü pəncərədən atıb.