Yanğın nəzarəti QURUMLARI

22 Yanvar 2025, 01:16

Yanğından və yanğın nəzarəti qurumları şəxsi heyətinin, ehtiyatda (istefada) olan şəxslərin, habelə onların ailə üzvlərinin hüquqi və sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi, dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə və yanğın nəzarəti qurumlarının Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yaradılması, yenidən təşkili və ləğv edilməsi və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və yanğınların qarşısının alınmasına və söndürülməsinə cəlb edilməsi yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlərə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.