Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəhər (rayon) hissələri (bölmələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.
Yaradılacaq hissələrin (bölmələrinin) minimum sayı əhalinin hər 1000 nəfəri üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəxsi heyətinin bir vahidi hesabı ilə müəyyənləşdirilir.