Yer səthindən yuxarı çəkilən kommunikasiyaların tezalışan və yanar mayeləri və qazları nəql edən tranzit xarici boru kəmərlərinin yanar materiallardan olan estakadalar, ayrıca yerləşən sütun və dayaqlar, həmçinin binaların (C, D və E kateqoriyalı istehsalatlı, yanğına davamlılıq dərəcəsi I, II və IIIa olan binalar istisna olmaqla) divarları və dam örtükləri üzrə yerləşdirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yer səthindən yuxarı çəkilən kommunikasiyaların məhsulların qarışması partlayışa və ya yanğına səbəb olması mümkün olan hallarda yanar maye və qazlı məhsulları nəql etdirən boru kəmərlərinin qalereyalarında yerləşdirilməsinə yol verilmir.