Obyektlərin giriş zonalarında, o cümlədən sənaye parklarında, sənaye klasterlərində yerləşən, həmçinin nəqliyyat infrastrukturunun avtomobil yolları boyu, əsas etibarilə yeraltı mühəndis kommunikasiyalarının yerləşdirilməsi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Müvafiq sanitariya-epidemioloji normalara, yanğın təhlükəsizlik normalarına, həmçinin istismar təhlükəsizliyi qaydalarına əməl edərək, ümumi xəndəklərdə, tunellərdə, kanallarda alçaq dayaqlar, şpallar və ya estakadalar üzərində mühəndis kommunikasiyalarının birlikdə yerləşdirilməsi nəzərdə tutulmalıdır.