Dəmiryol keçidlərində və ona yaxınlaşmalarda en üzrə minimal yaxınlaşma əndazələri müəyyən edilərkən nəzərə alınmalıdır ki, şlaqbaumların, keçid siqnalizasiyanın işıqforlarının dayaqları, məhəccərlər, yönəldici qurğular yolun hərəkət hissəsinin kənarından 0,75 m-dən az olmayan məsafədə, qabarit darvazaların dayaqları və işıq dirəkləri isə 1,75 m-dən az olmayan məsafədə qurulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.