Etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.

Etik davranış üzrə müvəkkil bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənir, etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası fövqəladə hallar nazirinə  təkliflər və tövsiyələr verir.