Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri ehtiyatda olan mayor, qazi Süleyman Heydərovla görüşüblər.
QHT.az xəbər verir ki, görüş zamanı S.Heydərovun sağlamlıq vəziyyəti ilə maraqlanan şura üzvləri vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və təhlükəsizliyi uğrunda göstərdiyi igidliyin gənc nəsil üçün bir örnək olduğunu vurğulayıblar. Görüşün sonunda İctimai Şura adından S.Heydərova “Təşəkkürnamə” təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2022-ci ildə “İgidliyə görə”medalı ilə təltif edilmiş Süleyman Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə S.Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.