Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları fövqəladə hallar orqanlarında çalışan işçilər üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.

Bu Qaydaların əsas məqsədi fövqəladə hallar orqanlarının və fövqəladə hallar orqanlarında qulluğun nüfuzunun artırılması, vətəndaşların fövqəladə hallar orqanlarına və fövqəladə hallar orqanları işçilərinə etimadının yüksəldilməsi, fəaliyyətdə səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, işçilər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, işçilərdən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması və fəaliyyətin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsidir.