İçməli suyu nəql edən boru kəmərləri kanalizasiya və ya zəhərli və pis qoxulu mayeləri nəql edən boru kəmərlərindən 0,4 m yuxarı yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

İçməli suyu nəql edən futlyarda yerləşən polad boru kəmərlərinin kanalizasiyadan aşağı yerləşməsinə yol verilir, bu halda kanalizasiya borularının divarından futlyar kəsiyinə qədər məsafə gil qruntlarda hər iki tərəfindən 5 m-dən, irisüxurlu və qumlu qruntlarda 10 m-dən az olmamalı və kanalizasiya boruları çuqundan nəzərdə tutulmalıdır.