Sənaye park və klasterlərinin sabit fəaliyyətinin təmin olunması üçün kompleks təhlükəsizlik sisteminə iqtisadi, texnogen və ekoloji, yanğın təhlükəsizlikləri daxil edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Kompleks təhlükəsizlik sistemində aşağıdakıların tətbiqi nəzərdə tutulmalıdır:

– texniki müşahidə vasitələri, nəzarət, identifikasiya (mühafizə-yanğın sistemləri, video-radio avadanlığı, partlayıcı qurğunun aşkarlanması vasitələri, süni maneələr);

– yeni təhlükəsizlik sistemlərinin tətbiq olunması üçün intellektual vasitələr.