İstehsat obyektlərinin torpaq sahələri ekoloji, sosial, iqtisadi inkişaf proqramları həyata keçirilən yaşayış məntəqələrinin baş planlarına müvafiq yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Sənaye parkının yaradılması üçün ayrılan torpaq sahəsi və orada şəhərsalma və tikinti fəaliyyəti “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”yə müvafiq müəyyənləşdirilməlidir. İstehsal obyektləri qeyri-kənd təsərrüfatı təyinatlı və ya kənd təsərrüfatı üçün yararsız torpaqlarda yerləşdirilməlidir.