İşçi başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə fövqəladə hallar orqanının rəhbərinə məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.
Bütün hallarda maraqların toqquşmasına səbəb ola bilən məsələlər, vəzifəyə namizəd barəsində müvafiq təyinat aparılanadək aradan qaldırılmalıdır. Fövqəladə hallar orqanlarında xidmətinə (qulluğuna) xitam verildikdən sonra işçi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi Nazirliyin aparatının struktur bölmələrində və Nazirliyin strukturuna daxil olan qurumlarda işə qəbul edilə bilməz.