Xüsusi zərərli prosesli istehsalat və sınaq stansiyaları, yanğın və partlayış təhlükəli obyektlər, həmçinin yanan və tezalışan materialların, zəhərli və partlayış təhlükəli maddələrin bazis anbarları DTN 2.02-01-in, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na, “Təhlükəli tullantıların saxlanılması Qaydası”na eləcə də “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq texniki şərtlərə əsasən yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.