Tikinti sahəsi 10 ha-dan və ya eni 100 m-dən çox olan binalar üçün yanğınsöndürən maşınlar üçün hər tərəfdən giriş təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

İstehsalat şəraiti yolların tikintisini tələb etmədiyi hallarda, yanğınsöndürən maşınlar üçün giriş yolu gil və qumlu (tozlu) qruntlar olduqda keçid yerləri 3,5 m enliyində müxtəlif yerli materiallarla möhkəmləndirilmiş planlaşdırılmış yer səthi boyu (səth sularının təbii axınını təmin edən mailliklər yaratmaqla) təmin edilməsinə yol verilir.