Atmosferə qaz, tüstü və toz ayıran binalar, qurğular, istehsalat prosesli açıq qurğular, partlayış və yanğın təhlükəli obyektlər digər istehsalat binaları və qurğularına münasibətdə mümkün qədər hakim küləklərin əsdiyi tərəfdən yerləşdirilməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Soyutma nohurları, su hovuzları, şlamdurulducular və s. elə yerləşdirilməlidir ki, qəza halında mayenin axması nəticəsində obyektin, həmçinin digər istehsalat, yaşayış və ictimai bina və qurğuların subasmasına təhlükə yaratmamalıdır.