Obyektlər sənaye parklarının və ərazi sənaye klasterlərinin tərkibində yerləşdirilərkən müəssisələrin və digər obyektlərin meydançalarının ümumi sahəsinin sənaye parklarının və ərazi sənaye klasterlərinin ərazisinin sahəsinə olan nisbəti AzDTN 2.6-1-in tələbləri nəzərə alınmaqla 0,6-dan az olmayaraq qəbul olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Göstərilən obyektlərin yenidən qurulmasında sanitariya-epidemioloji, həmçinin yanğın təhlükəsizliyi norma və qaydalarına riayət edilməklə, bu nisbətin 15%-dən çox olmayaraq azaldılmasına yol verilir.