Su hövzələrinin sahilyanı zonalarında obyektlərin yerləşdirilməsinə “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın tələblərinə uyğun, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırıldıqdan sonra yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Çayların və digər su hövzələrinin sahillərində istehsalat obyektləri yerləşdirilərkən su axını səviyyəsinin qalxması və mailliyi, eləcə də DTN 3.04-01-ə müvafiq təyin edilən daşqınlara səbəb olan dalğanın hesablama hündürlüyü nəzərə alınmaqla ərazinin planlaşdırma səviyyəsi, su axınının ən yüksək hesablama səviyyəsindən 0,5 m-dən az olmayaraq qəbul olunmalıdır.