Etibarlı Distribüter Təcrübəsi (EDT) “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununu, Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının müvafiq tövsiyələrini rəhbər tutaraq hаzırlаnıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.

Topdansatış müəssisələri dərman vasitələrinin alınmasını, saxlanmasını və satışını həyata keçirərkən dövlət standartlarına, sanitariya, baytarlıq, yanğın əlеyhinə, əməyin mühafizəsi və təhlükəsizlik tехnikası qaydalarına və digər nоrmativ sənədlərə riayət etməlidirlər.