Sahibsiz heyvanlara qida almaq istəyən vətəndaşlarımız, heyvansevər insanlarımız var.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım deyib.

Deputat təklif edib ki, heyvan qidaları əlavə dəyər vergisindən, digər vergilərdən azad edilsin: “Bu, şərait yaradacaq ki, sahibsiz heyvanları sahiblənməsələr də, heyvansevərlər onlara qida alıb verə bilsinlər”.

Qeyd edək ki, bundan öncə deputat Naqif Həmzəyev Milli Məclisdə sahibsiz heyvanlarla rəftarla bağlı dinləmə keçirilməsini təklif edib: “Regionlarda bilmirlər ki, sahibsiz heyvanlarla necə rəftar edilsin. Sahibsiz heyvanlara rəftarla bağlı standartlar qəbul edilməlidir. Bakıda, Gəncədə bəzi imkanlar var, amma digər regionlarda nə icra, nə digərləri bilmir ki, sahibsiz heyvanlara necə davransın. Bəzən biabırçı mübarizə metodu seçilir, videolar yayılır”.

“Parlamentdə sahibsiz heyvanlarla rəftar müzakirə olunsun, videolar yayılır” – Deputat