Əlilliyi olan şəxslərin əməyindən istifadə mümkünlüyü nəzərdə tutulmuş obyektlərdə istehsal, habelə inzibati-məişət və digər köməkçi binalara girişlər panduslarla təchiz olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Genişləndirilən və yenidən qurulan obyektlərin torpaq sahələrinin, o cümlədən onların sənaye parklarında və ərazi sənaye klasterlərində yerləşməsində, planlaşdırılmasında aşağıdakılar nəzərdə tutulmalıdır:

  1. a) sanitariya-mühafizə zonasının təşkili (zərurət olduqda);
  2. b) yaşayış məntəqələrinin bitişik yaşayış və digər funksional zonalarının planlaşdırılması və tikililəri ilə əlaqələndirilməsi;
  3. c) funksional zonalaşdırılmanın, ərazinin abadlaşdırılmasının və obyektin memarlıq görünüşünün təkmilləşdirilməsi;
  4. d) ərazinin istifadəsinin effektliyinin artırılması;
  5. e) səpələnmiş istehsalat və yardımçı obyektlərin birləşdirilməsi.