İstehsal obyektləri üçün bu cür torpaqlar olmadıqda torpaq sahələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq seçilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Faydalı qazıntı yatağı olan ərazilərdə obyektlərin yerləşdirilməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla, geniş yayılmış faydalı qazıntılar olan meydançalarda qanunvericilikdə müəyyən olunmuş qaydada yol verilir.