Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən və dövlət qulluqçusu olmayan mülki işçilərə şamil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.
İşçi öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qaydaların tələblərinə əməl etməyə borcludur.