Etik davranış üzrə müvəkkil işçilərdən və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.

Etik davranış üzrə müvəkkil daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə fövqəladə hallar nazirinə təkliflər, tövsiyələr və təqdimatlar verir. İşçilərin etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən, etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin təşkilində iştirak edir.