ABŞ-da nüvə müharibəsi ehtimalına qarşı zənginlər üçün elit bir bunker inşa ediləcək.
Heftelik.az-ın “The Daily Mail”-a istinadən verdiyi məlumata görə, 300 milyon dollar dəyərində olan bu obyekt Virginia ştatında inşa olunacaq.
Bunkerdə lüks mənzillər, incə mətbəx restoranları və hovuzlar olacaq.
Həmçinin burada 625 nəfər yerləşə biləcək və onlar üçün bowling salonu belə tikiləcək. Bildirilir ki, bu sığınacaqda yer almaq üçün 20 milyon dollar ödəmək tələb olunacaq.