Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.

Sertifikatlaşdırma “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, malın (xidmətin, işin), prosesin və idarəetmə sisteminin (bundan sonra – məhsulun və xidmətlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiq edilməsi sahəsində göstərilən fəaliyyətdir.