Yanğınlar söndürülərkən insanların təhlükəsizliyinin təmin olunması, əmlakın xilası üçün zəruri hərəkətlər edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.
O cümlədən:
1) yanğınların və onların təhlükəli təzahürlərinin yayıldığı (yayılması ehtimalının olduğu) yerlərə girilir;
2) yanğınların yayılmasına mane olan və ləğvini təmin edən şərait yaradılır;
3) rabitə və nəqliyyat vasitələrindən, avadanlıqlardan və digər texniki vasitələrdən əvəzsiz olaraq istifadə olunur;
4) yanğın yerlərinə giriş məhdudlaşdırılır və ya qadağan edilir, habelə oraya bitişik ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılır və ya qadağan edilir;
5) yanğın yerlərindən adamlar və əmlak köçürülür.