Yanğınsöndürən maşınların keçidini təmin edən yolun hərəkət hissəsinin və ya planlaşdırılmış yer səthinin kənarından hündürlüyü 12 m-yə qədər olan binaların divarlarına qədər məsafə 25 m-dən, binanın hündürlüyü 12 m-dən 28 m-ə qədər olduqda 8 m-dən, binanın hündürlüyü 28 m-dən çox olduqda 10 m-dən çox olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Zəruri hallarda, bina və qurğulara yanğınsöndürən maşınların geri dönməsi üçün meydançalar (meydançalarda yanğın hidrantları qurulmaqla) dalan yolların qurulması şərti ilə yolun hərəkət hissəsinin kənarından istehsalat binaların və qurğularının kənar oxuna qədər olan məsafənin 60 m-ə qədər artırılmasına yol verilir. Bu halda bina və qurğulardan həmin meydançalara qədər olan məsafə 5 m-dən az və 15 m-dən çox olmamalıdır. Dalan yolları arasındakı məsafə 100 m-dən çox olmamalıdır.