Ayrıca dayaqlarda, estakadalarda və s. çəkilən, tezalışan və yanar mayelər üçün yer səthindən yuxarı çəkilən boru kəmərləri binanın boşluqlu divarından 3 m-dən az olmayan məsafədə yerləşdirilməlidir, boşluqsuz divarlardan bu məsafə 0,5 m-ə qədər azaldıla bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Yer səthindən yuxarı çəkilən qaz kəmərləri AzDTN 2.13-1-in tələbləri nəzərə alınmaqla yerləşdirilməlidir.