Bina və qurğuların eni kimi onların kənar him oxları arasındakı məsafə qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğını söndürmək üçün istifadə edilə bilən su anbarlarına ölçüsü 12×12 m-dən az olmayan meydançalarla giriş yolları təşkil olunmalıdır. Yanğın hidrantları avtomobil yolları boyunca yolun hərəkət hissəsinin kənarından 2,5 m-dən çox olmayan, lakin binanın divarlarından 5 m-dən az olmayan məsafədə yerləşdirilməlidir; texniki-iqtisadi əsaslandırma zamanı hidrantların yolun hərəkət hissəsində yerləşdirilməsinə yol verilir.