Çiləyici hovuzların uzun tərəfini ilin yay mövsümündə hakim küləklərin istiqamətinə perpendikulyar yerləşdirmək lazımdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Su soyutma qurğularının, bina və qurğuların arasında məsafələr su soyutma qurğularının səmərəli işini təmin etmək mümkünlüyünü nəzərə almaqla qəbul olunmalıdır. Su soyutma qurğularından yaranan nəmliyin zərərli təsirindən yaxınlıqda olan bina və qurğuların konstruksiyalarının mühafizəsi, eləcə də yaxın ərazilərdə piyadaların və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin olunması üzrə tədbirlər nəzərdə tutulmalıdır.