Xaçmaz rayonunun Xaspolad-oba kəndində bıçaqlanma hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 22 yaşlı Ramil Əbilov bıçaqlanıb.
O, Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.
R.Əbilov bildirib ki, onu Seyidbaba adlı dostu bıçaqlayaraq qaçıb.
Hazırda onu bıçaqlayan şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.