İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını səsləndirib.
Məlum olub ki, o, “İnvest.az” platformasına gəlir yatırım edib pul qazanacaqları adı ilə zərərçəkmiş şəxslərin vəsaitlərini ələ keçirib və vədinə əməl etməyib.
“Bu qədər pulu haradan əldə ediblər?” – Elariz kürəkəninin həbsindən danışdı
Nizami Alışan özünü təqsirli bilməyib.
Onun vəkili məhkəməyə vəsatət verərək təqsirləndirilən şəxsin 9-17 aprel 2024-cü ildə tarixini əhatə edən anten məlumatlarının müvafiq mobil operatordan əldə edilməsini istəyib.
Vəkilin digər vəsatəti “İnvest.az” şirkətinin nümayəndəsinin şahid qismində dindirilməsi ilə əlaqədar olub.
Məhkəmə müşavirə əsasında qərara alıb ki, hər iki vəsatət digər mərhələyədək baxılmamış saxlanılsın.
Proses fevralın 10-da davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər – Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
4 milyona görə həbs edilən birjaçı Alışanovun oğlu imiş – YENİ DETALLAR
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.