Elektrik güc kabel xətlərinin yerləşdirilməsi “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə müvafiq nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstilik şəbəkələri yerləşdirildikdə onların istehsat, inzibati və məişət binaları ilə kəsişmələrinə AzDTN 2.12-3-ün tələbləri nəzərə alınmaqla yol verilir. Ventilyasiya şaxtaları, kanal və tunellərin girişləri və digər qurğuları avtomobil yollarının hərəkət hissəsindən kənar çəkilməli və yerləşdirilməlidir.