Vahid dispetçer mərkəzinin işi sənaye obyektlərinin, onların qruplarının və ona bitişik ərazilərin fəaliyyətinə təsir edən hadisələrə operativ və adekvat reaksiyanı təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Fövqəladə hallar zamanı vahid dispetçer mərkəzinin avadanlığının köməyi ilə aşağıdakı funksiyalar yerinə yetirilməlidir:
– qəzalı obyekt sistemlərinin işinə nəzarət;
– lazım olan yerdə vəsaitləri cəmləşdirmək;
– fövqəladə halların aradan qaldırılmasına cəlb olunan obyekt və şəhər xidmətlərinin operativ qarşılıqlı fəaliyyətini təşkil etmək;
– xəbərdarlıq və təxliyyə sistemlərini idarə etmək.